Miqrasiya Məcəlləsinə dəyişiklik edildi – SƏRƏNCAM22-06-2015, 12:37
Çap et Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.Heqiqet.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, Məcəllənin 10.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.”. Bu maddə 2017-ci il yanvarın 1-dən qüvvəyə minir. 38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilib. 45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz olunub. 79.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilsin: “79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə.”. 79.5.2-ci maddəyə “ləğv edilmiş” sözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmiş” sözləri əlavə edilib. Qanunun bu müddəaları dərc edildiyi gündən qüvvəyə minir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.