Maradona FİFA prezidentliyinə namizəd olacaq22-06-2015, 18:48
Çap et Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi bu postdan istefa verən Yozef Blatterin 1998-ci ildən tutduğu vəzifəyə sahib çıxmaq qərarına gəlib.17 il FİFA-ya rəhbərlik edən isveçrəli futbol funksioneri mayın onunda 5-ci dəfə prezident seçilib. Lakin Blatter qurum ətrafında cərəyan edən rüşvət qalmaqalı üzündən iyunun 2-də istefa verib. Yeni prezident bu ilin dekabrından 2016-cı ilin fevralınadək olan müddətdə baş tutacaq növbədənkənar konqresdə gerçəkləşəcək. Seçkilərin dəqiq tarixi isə iyulun 20-də açıqlanacaq. Maradonaya qədər FİFA prezidenti postuna 5 namizəd bu vəzifəyə iddiasını açıqlayıb. Bunlar Fransa millisinin sabiq futbolçusu David Jinola, əfsanəvi braziliyalı Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının sabiq prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi bu postdan istefa verən Yozef Blatterin 1998-ci ildən tutduğu vəzifəyə sahib çıxmaq qərarına gəlib.