Bu balıqlar vulkanın içində yaşayır - VİDEO14-07-2015, 10:13
Çap et Bu vaxta qədər vulkanların ölümcül olduğu və yaxınlıqdakı bütün canlıları məhv etdiyi bilinsə də, Panquma adası yaxınlığında sualtı vulkanın içindən çıxan balıqlar alimləri də şoka salıb. Dünyanın ən fəal vulkanlarından birində çəkiliş aparmaq qərarına gələn “National Geographic” telekanalının əməkdaşları sualtı vulkanın görüntülərini lentə almaq üçün 45 metr dərinliyə kamera endirib. Amma tədqiqaçıların kameranın lentə aldığı görüntüləri izləyəndə şoka düşüblər. Vulkanın içində 2 fərqli köpək balığının üzməsi kameranın obyektivindən yayınmayıb. Təkcə onu demək kifayətdir ki, tədqiqatçılar həmin vulkanın kraterinə kamera endirmək üçün 1 saatdan çox vaxt itirib. Bu qədər əlverişsiz şəraitə malik fəal vulkanın içində canlıların yaşaması asanlıqla kratera daxil olub geri qayıtması vulkanlarla bağlı olan bir sıra fərziyyələri də alt-üst edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
