Azərbaycan və Ermənistanın XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına sadiqliklərini təsdiq ediblər3-06-2016, 18:50
Çap et Bu barədə ATƏT-in bəyanatında deyilir. Bəyanatda deyilir ki, ATƏT-in Mnsk qrupunun həmsədrləri (rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö) mayın 31-də Brüsseldə E.Məmmədyarovla və iyunun 2-də Parisdə E.Nalbandyanla görüşərək mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə qəbul edilmiş qərarlarının icrasını müzakirə ediblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik də iclaslarda iştirak edib. Məlumatda deyilir ki, həmsədrlər nazirlərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in araşdıma üzrə mexanizmlərin yaradılması ilə bağlı sənədlər layihəsini baxmaq üçün təqdim ediblər. Nazirlər hərtərəfli nizamlanma haqqında danışıqların bərpa edilməsi üçün iyunda keçiriləcək növbəti görüş barədə prezidentlərin razılığa gəldiklərini təsdiq ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
