Azərbaycanda 65 yaşdan yuxarı olanların sayı 67,3 % artıb - Nazir29-03-2017, 14:40
Çap et Bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib. S.Müslümöv bildirib ki, ölkədə mövcud olan demoqrafik vəziyyət və inkişaf tendensiyaları dövlətin əmək ehtiyatlarının, o cümlədən istehsal qüvvələrinin formalaşmasına və yerləşməsinə təsir edən əsas amillərdən biridir. Onun sözlərinə görə, hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir: “2016-cı ilin məlumatına əsasən əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib. Lakin hesablamalar göstərir ki, 1990-2016-cı illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
