Babaxan Alxanlı - şəxsiyyət, müəllim27-05-2015, 12:20
Çap et Şəxsiyyətlər zaman-zaman öz insanlıqlarını və bacarıqlarını həyatın, taleyin anladığı tərzdə yaddaşlara həkk etdirirlər. Heç şübhəsiz, insanlıq nümunəsi olan şair-ziyalı Babaxan Alxanlı da həyatla, tale ilə münasibətlərini eyni məntiqə kökləyib.Babaxan müəllim mənim müəllimim olub. Rəhmətlik atamla çiyin-çiyinə işləyib, demək olar ki, günlərinin çox hissəsini bir yerdə keçiriblər. Babaxan müəllimə hələ məktəb illərindən içimdə məhəbbət aşılamışam. Və günün birində o, mənə dərs deyərkən həyatın, taleyin doğrudan da insan ömrünə sirayət etdiyinin fərqinə vardım. Tələbkar müəllimdi. Dərsi bilməyənlərə verdiyi cəza indiyə kimi yadımızdan çıxmır. Arada qulaqlarımızda hiss etdiyimiz ağrıların da məhz Babaxan müəllim tərəfindən baş verməsini zarafatyana deyirik. Məhz onun və onun kimi müəllimlərin bizə qayğısının nəticəsidir ki, bu gün bizlər həyatda öz yerimizi tapmışıq və taleyimizi düzgün səmtə yönəltməyi bacarmışıq. Bax, belə bir müəllim, belə bir ziyalıdır Babaxan müəllim. İndi təqaüddədir. Qələmlə həmsöhbətdir. Yazdığı şeirləri də bir kitabda cəm edir, sevincini bizlərlə bölüşür. Elə şair Ağatahir Cəbirlinin aşağıdakı essesi də məhz bu sevincin bir təzahürüdür. Yazını oxuculara təqdim edir, oradakı şagird-müəllim sevginisinin nə qədər güclü olmasına diqqət çəkmək istəyirik. İlkin Əzizxanoğlu “SOL ÜZÜMƏ XAL DÜŞÜB” yaxud, xəzansız ötüşməyən payız ömür (ESSE) “Payız gəldi, xəzəl oldu yarpaqlar O gözəllik yaşıllıqdan nə qaldı?! Soyunub çıl-çılpaq qaldı budaqlar, Göz oxşayan əlvanlıqlar nə qaldı?! (Babaxan Alxanlı) Babaxan Alxanlı (Babaxan Alxan oğlu Xocaməmmədov) 1943-cü ildə Şamaxıda - indiki Qobustan rayonunun Nabur kəndində anadan olmuşdur.1967-ci ildə M.Ə.Sabir adına Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə, 1973-cü ildə isə ADU-nun filologiya fakültəsini bitirmişdir. İxtisasca filoloqdur. “Sol üzünə xal düşüb” adlı kitabı müəllifin oxucularla 6-cı görüşüdür. «Azərbaycan» nəşriyyatında çox yazarların isinişdiyi bir otaq var. Hər kəsi istiqanlı görüşləri ilə qəbul edən İlkin Əzizxanoğluna məxsus məhrəm iş yerində görüşüb hal-xatir tutduqdan sonra şüşəli rəfdən bir kitab götürüb maraqla süzdüm. Kitabı alıb üz cildinə baxdım, dedim ki, İlkin müəllim, vallah, buradakı kişi mənə çox şirin gəlir. Bu şəxsiyyətin kitabını oxumasam da, ürəyini çoxdan fəth etmişəm. Alxanlı ləqəbi çaşdırır məni. Bu, səhv etmirəmsə, Xocaməmmədov Babaxan müəllimdir. Güldü və dedi ki, götür, oxuyarsan… Oxudum Babaxan müəllimi, bir şagird kimi onunla qürur duydum… Dərhal da içimdə bu misralar cücərdi: Əhli-qələm nə yazar; Hər zamanın sözünü, Sözün zamanında de. Aç bəsirət gözünü, Sözü məqamında de!!! Hər halda, Babaxan müəllimin kitabını tamamilə oxudum. Səhifələdikcə, yaddaşıma həkk olan ötən günlər gözlərimi yaşardırdı… Babaxan müəllimlə rəhbərlik etdiyi rayonda iş yoldaşı - əqidə, məsləkdaş olmuşuq axı. Həyat… zaman ömrü mənzil başına tələsdirərmiş… Nə isə, şeirə üz tutub şair ürək ovundurar: Payız gəldi, xəzəl oldu yarpaqlar… İllər keçir, saç-saqqala yağır qar. Babaxan, il ötür, cavan qocalar, Beş-on kəlimə xalqa qalsın yadigar, Deməsinlər, o yazıqdan nə qaldı ?! ” Ürəyəyatımlı, ovqatlı şeirlər vərəqləndikcə içimdə özünəməxsus yer seçir, köşk bəyənirdi. “Gərəkdir”, “Çay dəmlə, içək”, “Peşiman oldum”, “Uzaq dur”, “Qalmadı”, “Nə qaldı” adlı bədii xəzinə xiridarını soraqlayırdı. Sanki hansısabir filoloq diqqət mərkəzinə çəkmək istədiyi fikirləri təhlilə cəlb etmişdi. Poetika hər şairin məxsusi düşüncəsidir. Doğrusunu deyim ki, Babaxan müəllimin şeirlərinin heç nöqtə-vergülünə belə toxunmaq olmaz. İlhamlı vaxtında şairə yaxınlaşmaq haqqına təcavüzdü… Özü demiş: İlham cuşa gəldi, kitab bağladım, Bir kəlmə yazmazdım sən olmasaydın. Çünki… Ağıllı söz demək deyildir asan, Yaxşıları seçib yaşadır zaman, Söz deyəndə düşün-daşın, Babaxan, Dost-tanış yanında günahkar olma ... Sol üzünə xal düşən və sözünü könüllərə yazan şair, “Nə yaxşı ki, xatirələr var imiş..., “yoxsa, adam qəribsəyəndə...” Onun üçün bir gecə ildən uzundur… Fikir ərşə çəkir, sabah açılmır...” O, bir el oğlu, şair kimi elinə, obasına bağlı adamdır. Onun “Naburdur,Nabur”, “Tamaşadır kəndimizin sabahı” adlı şeirləri duyğulu adamı yurda bağlayır. Elə söz adamı yoxdur ki, vətən, ana, ata, torpaq həsrəti çəkməsin və barəsində ürəyini şeirlə incələməsin. Babaxan müəllimin də bu qəbildən olan şeirləri kövrək notlar üzərində köklənmişdir. Elə bil: Ruh alırdım Nurlu baxışlarından, Uzaq idim dərddən, sərdən, azardan, Öpüşü həb idi, nəfəsi dərman, Təbib-loğman anamı axtarıram… Bir sözlə, Babaxan istər ki, qəlbi şad olsun”… Məhz o səbəbdən şeiriyyatı ora yazıb saxlayıb. Və açıq bəyan edir ki, “Mənim qəlbim gözümün kitabıdır, məhəbbəti, sədaqəti, mərhəməti, yaxşılığı, ünsiyyəti, ülfəti... ora yazıb saxlayıram. “Kim bilir ki, dünyalıqları hansı bir gün adama lazım olacaq?! Bax, qəlbləri teyləyən bülov daş - şeirlər də beləcə: Çürüyür içimdə ürəyimdəki, İnsafsız, mürvətsiz olmaz sən təki. Bezəcək Babaxan, görəcəksən ki, Getdi , qayıtmadı, o gedən oldu… Bəlkə də şairin xof və rica halından kənar qalması ətrafdakı neqativ mənzərələrdir?! Elə olmasaydı, kağız-qələmdən ümid kəsməzdi, könüllərə yazdığı sözləri isə dillərdə kəlmə-kəlmə iqrar edərdi: Yaşama yalançı xəyallar ilə, Çürütmə ömrünü arzular ilə. Nəfəs alıb-verdin, min şükür eylə, Sonrası, nəfəsə ümid bağlama. Faniliklər ilə göz oxşayan yalançı - etibarsız dünya hər kəsə öz əhvalından hissələr paylamışdır. Rəngli xülyalarla, ağlı-qaralı röyalarla, əlvan geyimli fəsilləri ilə aldadıcı bir məkanın müvəqqəti müsafirləriyik. Əziz və hörmətli müəllim!!! Nə yaxşı ki, bizlər onun “həqiqətini” vaxtında təkzib edə bilirik. Qara geydin, sevmədin gələnləri, Sevib qucaq açdın ölənə, dünya. Nur saçmadı heç ömrümün çırağı, Neyləmişdim, axı mən sənə, dünya?! Nolaydı, sinəmə çəkdiyin dağı, Çəkəydim mən sənin sinənə, dünya!!! Bəli, dünya həqiqətən də bir ölü yurdudur… Müasirliklə səsləşən hikmətlər, nəsihətlər ibrətamiz şeirlər də çoxdur kitabda. Məsələn, “Yekəliklərdən çəkin… ”, “ Özünü öymə ”, “Vəfalı ol, düz ilqarı itirmə ”, “Həyat sınaq meydanıdır”, “Nanəcibdən, nadürüstdən uzaq dur” kimi bu qəbildən olan frazalar bu günün gənclərinə bir müəllim tərbiyəsi aşılayır. Əks təqdirdə bir də göz açıb görərsən ki: ...Babaxan, fədakar olmamısansa, Sürdüyün puç ömür neçəyə dəyər?! Əlbəttə “İmansız olar” adlı şeirdə səsləşən həqiqət qarşısında bir gün suala dönəcəyik... Haqq yolunu tutsan, saf qəlbli olsan, Bərəkət gətirər, ziyansız olar… Riyakar, yalançı, xudpəsənd olan Həyatda tək qalar, imansız olar... Babaxan müəllim, sizə ruhunuzu oxşayan gözəl həyat arzulayıram. Bizi görüşdürən İlkin əzizimizə isə uzun ömür, can sağlığı. Ruhsuz şeirlərə qəlbim qəbirdi. Şeirsiz günlərim ağızsız ağlar... Şairçün dünyalıq şeir səbirdi, Şeirsiz ötüşən an, ürək dağlar. Ağatahir Cəbirli, şair-publisist, “Qızıl Qələm” mükafatı laureatı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Şəxsiyyətlər zaman-zaman öz insanlıqlarını və bacarıqlarını həyatın, taleyin anladığı tərzdə yaddaşlara həkk etdirirlər. Heç şübhəsiz, insanlıq nümunəsi olan şair-ziyalı Babaxan Alxanlı da həyatla, tale ilə münasibətlərini eyni məntiqə kökləyib.