“Açılış vә bağlanış mәrasimlərinə 100 milyon manat xərclənib"29-06-2015, 21:12
Çap et "Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu".APA-nın mәlumatına görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlәrinә görә, bu rәqәm bir neçә mәrhәlәdә formalaşır: "Sonuncu mәrhәlә Bakıya gәlәn xüsusi texnikalar, liftlәr, kostyumlarla bağlıdır. Hazırda hesablamalar gedir, mənim təxminimə görə, rəqəm 100 milyondan da az olacaq". Nazir qeyd edib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub: "Bu büdcə müxtəlif istiqamətlərdə işlənib. Bura açılış-bağlanış mәrasimi, informasiya texnologiyaları, maaşlar vә sair istiqamәtlәr daxildir. Biz büdcәdәn 1 manat da kәnara çıxmamışıq. Manatın devalvasiyasına görә xaricdәn gәlәn mallar üçün әlavә 134 milyon manat lazım idi. Biz o vəsaiti də dövlәtdәn әlavә mәblәğ olaraq istәmәdik, bәzi xәrclәri qәnaәt edərək əvvəldən nəzərdə tutulan büdcədən istifadə etdik". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu".