Heqiqet.Az » hadise » Zamində olan şəxs məhkəmə zalından həbs edildi - 16 min manatlıq dələduzluq


Zamində olan şəxs məhkəmə zalından həbs edildi - 16 min manatlıq dələduzluq

11-05-2017, 12:12
Çap et
Zamində olan şəxs məhkəmə zalından həbs edildi - 16 min manatlıq dələduzluq Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə zamində olan A.Qədimovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
A.Qədimov Dubaydan telefon gətirmək adı ilə tanışları olan zərərçəkmiş şəxslərə qarşı 16 min manat məbləğində dələduzluq edib.
Reytinq: