ƏƏSMN daha 100 əlilliyi olan şəxsi istirahət mərkəzinə yola salıb5-06-2017, 11:01
Çap et Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub. Həmin insanların yola salınması zamanı vurğulanıb ki, bu tədbir ƏƏSMN-nin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunur. Nazirlik cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar. Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əliliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb. İstirahətə yola salınan əlilliyi olan şəxslər belə bir tədbirin təşkil olunmasından, ümumən sosial cəhətdən həssas əhali qruplarına cəmiyyətin digər üzvləri ilə bərabər imkanlar yaradılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
