Alimlər Antarktidada buz altında 91 vulkan tapıblar23-08-2017, 11:04
Çap et Edinburq Universitetinin alimləri Qərbi Antarktidanın buz qatından 2 km dərinlikdə 91 vulkan tapıblar.AMEA-nın verdiyi məlumata görə, vulkanlardan ən hündürü İsveçrədə yerləşən 4000 metrlik Eyger dağı ilə müqayisə olunur. Hazırda mütəxəssislər vulkanların aktivliyini və onların nə zaman püskürəcəyini müəyyən etməyə çalışırlar. Alimlərdən biri Robert Binqam bildirib ki, əvvəllər Antarktidada 47 vulkanın olduğu deyilirdi. Lakin son araşdırmalara əsasən, qitədə 100 metrdən 3850 metrədək hündürlüyə püskürə bilən 91 obyekt olduğu təsdiqlənib. Vulkanlar indi aktivlik göstərmir və dörd kilometr dərinlikdə buz altında yerləşir. Vulkanların püskürməsinin Antarktidanın buzlarına necə təsir göstərəcəyi hələlik məlum deyil. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Edinburq Universitetinin alimləri Qərbi Antarktidanın buz qatından 2 km dərinlikdə 91 vulkan tapıblar.