Heqiqet.Az » idman » Qurban Qurbanov: Ağır oyun oldu


Qurban Qurbanov: Ağır oyun oldu

28-09-2017, 10:50
Çap et
Qurban Qurbanov: Ağır oyun oldu Rəqib layiqli qələbə qazandı.
Bunu Çempionlar Liqasının "Qarabağ" - "Roma" oyununu şərh edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, ağır oyun oldu: "Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik".
Q.Qurbanov rəqibin layiqli qələbə qazandığını qeyd edib: "Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".
"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında 2-ci oyununu keçirib.
Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda İtaliyanın "Roma" komandasını qəbul edib.
Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Reytinq: