Maqnit qasırğası artıq başladı - Daha çox harada hiss olunacaq?11-10-2017, 18:13
Çap et Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: "Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 km/san-dir ve getdikcə artmaqdadır. Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır. Bu dəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək". Qeyd edək ki, artıq ötən gündən Yerdə güclü maqnit qasırğası başlayacağı barədə xəbər verilib. Trend-in məlumatına görə, maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir. Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir.