Millimiz FİFA reytinqində irəliləyəcək15-11-2017, 13:36
Çap et Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəliləyəcək. Apasport.az saytının məlumatına görə, buna milli komandaların iştirakı ilə dünən keçirilən görüşlər səbəb olub.Noyabra təsadüf edən “pəncərə”də heç bir qarşılaşmaya çıxmayan yığmamız oynamadan əmsalını artırıb. Oktyabrda açıqlanan cədvəldə hesabında 272 xal olan komandamızın qazancı 9 xaldı. Yəni yeni cədvəldə aktivimizdə 281 xal olacaq. Bu, gələn həftə açıqlanacaq siyahıda komandamızın irəliləməsi üçün yetərli olmasa da, Tacikistan – Yəmən qarşılaşması millimizin işinə yarayıb. Belə ki, Asiya kubokunun seçmə oyunu qolsuz nəticələnib. Bu üzdən də ötən ay 112-ci olan Yəmən itki ilə üzləşib. Xal hesabı 297-dən 268-ə enən asiyalılar millimizdən geri düşüb. Tacikistanın evdə uduzmaması isə komandamızın irəliləməsinə kömək olub. Çünki yəmənlilər qalib gəlsəydi, aktivi 323-ə bərabər olacaqdı. Amma onların itirdiyi 19 xal millimizi 114-cü yerə daşıyacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəliləyəcək. Apasport.az saytının məlumatına görə, buna milli komandaların iştirakı ilə dünən keçirilən görüşlər səbəb olub.