Tbilisidə Avropa İttifaqının parlament konfransı işə başlayıb4-12-2017, 10:25
Çap et Tədbirdə 17 ölkənin təmsilçiləri iştirak edirlər. Azərbaycanı bu konfransda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edir. Konfransda əsasən Avropa İttifaqının xarici siyasəti və Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər müzakirə olunacaq. Gürcüstan parlamentinin sədri İrakli Kibaxidze konfransı açaraq Avropa İttifaqı ilə əməkdaşlığın perspektivlərindən, Gürcüstan parlamentinin qəbul etdiyi qanunlardan, avrointeqrasiya sahəsində və Aİ ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili konfransda çıxış edərək ölkəsinin bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Konfransda Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
