Pambıq tədarükü 204 min tonu ötdü20-12-2017, 16:28
Çap et Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən gün 457 ton pambıq tədarük olunub. Xatırladaq ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Fermerlər bu dəstəkdən yararlanaraq ildən-ilə əkin sahələrini və məhsul istehsalını artırırlar. Belə ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. Cari ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə ötən ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
