Azərbaycan Türk Xalqlarının Musiqi Festivalında iştirak edib27-07-2015, 17:55
Çap et Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Astanada keçirilən Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı çərçivəsində TÜRKSOY tərəfindən Türk Xalqlarının Musiqi Festivalı təşkil olunub. Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər. Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər. Festivalda Azərbaycandan “Aypara” muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov iştirak edıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
