Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək24-01-2018, 11:32
Çap et Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir. İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsini zərurətə çevrimişdir. İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti ili elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatları daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranmışdır. "Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi haqqında" 2018-ci il 10 yanvar tarixli Sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi AAK-ın 2018-ci il üçün fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin Avropa ölkələrində daha genş miqyasda qeyd olunamsı, dövlətçilik tariximizin və siyasi irsimizin tanıdılması, 1918-ci ildə azərvaycanlılara qarşı törədilmiş soyqırım faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün AAK daha çevik struktura malik olmalı, üzv təşkilatlar arasında əlaqələndirmə işi gücləndirilməlidir ". Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının Amsterdam şəhərində keçirilməsi planlaşdırılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
