Qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib1-02-2018, 11:04
Çap et İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə AZPROMO və Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi, Avropa İttifaqı proqramının layihə rəhbəri Yan Quildinq, yerli istehsalçı və ixracatçı şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Qeyd olunub ki, Agentlik qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan sahibkarların, qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində AZPROMO ilə sıx əməkdaşlıq edəcəkdir. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının ixracının dəstəklənməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin, habelə ixrac olunacaq məhsulların keyfiyyətli və təhlükəsizlik normalarına uyğun istehsalının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığın vacibliyini bildirib. “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” proqramının layihə rəhbəri Yan Quildinqin təhlükəsiz qida və ixraca dəstək mövzusunda təqdimatı dinlənilib. Görüşdə sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
