Avstraliya və Çin gəmilərinin qarşıdurması baş verib20-04-2018, 11:50
Çap et Bu barədə ABC telekanalı Kanberradakı rəsmi mənbələrə istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, cari ayın əvvəllərində Xoşiminə (Vyetnam) gedən Avstraliya gəmilərindən ibarət qrup Çin gəmiləri ilə qarşı-qarşıya gəlib. Telekanalın bildirdiiynə görə, görüş nəzakətli olduğu qədər də çətin keçib. Avstraliya Müdafiə Nazirliyinin nümayəndələri hadisənin incəliklərini açıqlamaqdan imtina ediblər. Hazırda Londonda səfərdə olan Avstraliyanın Baş naziri Malkolm Ternbull telekanalın məlumatını təsdiq və ya inkar etməkdən imtina edib. Bunuunla yanaşı, o, bildirib ki, "Avstraliya bütün dünyada azad gəmiçilik və uçuşlar praktikasını dəstəkləyir və bu kontekstdə onun ölkəsinin gəmiləri dünya okeanında, o cümlədən Cənub Çin dənizində beynəlxlaq qanunlara müvafiq olaraq hərəkət etmək hüququna malikdirlər”. Xatırladaq ki, Çinin regionun bir sıra ölkələri, o cümlədən Vyetnam, Bruney, Malayziya, Filippin və İndoneziya ilə bəzi adaların mənsubiyyəti barədə mübahisələrinin davam etməsi Cənub Çin dənizində vəziyyəti gərginləşdirir. Avstraliyanın rəsmi nümayəndələri dəfələrlə bəyan ediblər ki, bu ölkə Cənub Çin dənizi akvotoriyasındakı adalarla bağlı heç bir ərazi iddiasında deyil, azad gəmiçiliyə və uçuşlara qarşı yönələn və regionda mövcud status-kvonun dəyişməsinə xidmət edən birtərəfli hərəkətləri isə pisləyir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
