"Azərsu": Günün sonuna kimi Bakının su təminatı TAM bərpa olunacaq3-07-2018, 10:37
Çap et Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib. A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Artıq Ceyranbatan su anbarında təmizləyici qurğularda rejim tam bərpa olunub və anbarda bütün qurğular tam gücü ilə işləyir. Kür təmizləyici qurğuların 75-80 faizi, Şollar su xətti də tam gücü ilə işləyir. Oğuz-Qəbələ-Bakı su kəməri isə hələ ki qoşulmayıb. Hazırda həmin xəttin qoşulmasına hazırlıq işləri gedir". A.Cəbrayıllı bildirib ki, Bakı şəhərində bütün nasosxanalara elektrik enerjisinin verilməsi bərpa olunub: "Anbarlardakı suyun əhaliyə paylanmasına başlanılıb. Günün sonuna qədər Bakının hər yerində suyun verilişi tam bərpa olunacaq". İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
