Heqiqet.Az » medeniyyet » Azərbaycanın “Muğam” ansamblı Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görülüb


Azərbaycanın “Muğam” ansamblı Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görülüb

11-09-2018, 15:46
Çap et
Azərbaycanın “Muğam” ansamblı Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görülüb Azərbaycanın “Muğam”ansamblı Özbəkistanın Şəxrisəbz şəhərində YUNESKO-nun himayəsi altında keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda müsabiqə proqramının qalibi olub.
Bunu qrupun rəhbəri, əməkdar artist Sahib Paşazadə deyib
Ansamblın tərkibində xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, kanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər. Ansambl “Heyratı”, “Şahnaz”, “Simayi şəms” и “Mahur” muğam kompozisiyalarını ifa edib.
Mükafat fondunun 10 min dollar təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb.
Özbəkistanın “Sakil” ansamblı da müsabiqədə I yerə layiq görülüb. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.
Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.
Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.
Dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.
Reytinq: