Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab sərgisi açılacaq14-08-2015, 13:21
Çap et Avqustun 16-da xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 yaşı tamam olur. Azərbaycan şeirinin son yarım əsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. O, özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı ədiblərdən olub. Bu səbəbdən də görkəmli qələm adamının doğum günü hər il müxtəlif tədbirlərlə qeyd olunur. AZƏRTAC xəbər verir ki, avqustun 17-də M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə -90" adlı geniş kitab sərgisi açılacaq. Kitab sərgisində xalq şairinin poetik istedadını əks etdirən kitablar nümayiş olunacaq. Qeyd edək ki, Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də Bakıda vəfat edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Avqustun 16-da xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 yaşı tamam olur. Azərbaycan şeirinin son yarım əsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. O, özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı ədiblərdən olub. Bu səbəbdən də görkəmli qələm adamının doğum günü hər il müxtəlif tədbirlərlə qeyd olunur.