Gürcüstanda QİÇS-ə yoluxmuş 109 uşaqdan 27-si ölüb4-01-2019, 10:33
Çap et Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzi xəbər verir ki, 2018-ci il dekabrın 31-nə olan məlumata görə, ölkədə 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5564 nəfəri kişi, 1870 nəfəri isə qadındır. Onların böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan insanlardır. Mərkəzdən bildiriblər ki, 3989 xəstədə QİÇS-in inkişafı qeydə alınıb, 1515 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Qurumun məlumatına görə, HİV infeksiyasına yoluxma hallarının 39,9 faizi narkotik vasitələrdən istifadə nəticəsində, 46,4 faizi isə heteroseksual əlaqə vasitəsilə yayılıb. QİÇS-ə yoluxanların 2719 nəfəri Tbilisidə yaşayır. Onların 87-si xarici ölkə vətəndaşıdır. Qonşu ölkədə HİV infeksiyasına yoluxanlar arasında uşaqlar da var. Son məlumatlara görə, ölkədə 40-ı qız olmaqla 109 uşaq QİÇS-ə yoluxub. Onlardan 27-si artıq ölüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
