Heqiqet.Az » medeniyyet » Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır


Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır

6-02-2019, 16:26
Çap et
Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır Yaradıcılıq işi təsviri sənət müstəvisində də xüsusi məna kəsb edir. Xətai Sənət Mərkəzinin əldə etdiyi uğurlar, sənət işindəki uğurlu töhfələri də bu mənanın bir çalarıdır. Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzovun rəhbərlik etdiyi sahədə əsas prioritetləri sənətə istiqamətlənən yeni nailiyyətləri aşkar etmək, onların fövqündə bir sənət məbədi yaratmaqdır.
Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır
Artıq adıçəkilən mərkəzin fəaliyyəti geniş ictimaiyyət tərəfindən xüsusi maraq və rəğbətlə qarşılanır. Belə ki, 2018-ci ildə Xətai Sənət Mərkəzi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Rayon İcra Hakimiyyəti ilə birlikdə bir uşaq rəsm festivalına, on uşaq rəsm müsabiqəsinə, yeniyetmə və gənclər üçün “İstedad sorağında-3” rəsm müsabiqəsinə, habelə “Vətənin tərənnümü” silsiləsindən “Qusar etüd turu” və “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” qrafika müsabiqəsinə təşkilatçılıq edib. Mərkəzdə uşaqlar üçün ümumilikdə 24 rəsm sərgisi təşkil olunmuş, yuxarı yaş qrupuna mənsub fırça ustalarının 14 sərgisi açılmışdır. Bu da o anlama gəlir ki, Xətai Sənət Mərkəzi müxtəlif mövzulu rəsm sərgilərinin təşkil edildiyi məkan olmaqla yanaşı, həm də təşkilatçı qismində çıxış edir. Elə bu ilin əvvələrindən 20 Yanvar faciəsinə həsr olunmuş müsabiqə və sərgilərin, Xocalı dəhşətlərinə həsr olunmuş müsabiqə-sərgi də bu diqqətin, təşəbbüs və təşkilatçılığın bir ifadəsidir.
Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır
Adıçəkilən mərkəzin dahi şəxsiyyətlərin həyat səhifələrindəki istiqamətlərə nüfuzu da alqışalayiqdir. Məsələn, “Nəsimi ili” çərçivəsində təşkil edilən müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Müsabiqə dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, habelə istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir. Bu, həm də uşaq və yeniyetmələrin tərbiyəsində, vətəndaş kimi formalaşmasında başlıca rollardan birini oynayır.
Əlbəttə ki, Xətai Sənət Mərkəzinin keçirdiyi müsabiqələrdə münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük verilir, o əsərlər mükafatlara layiq görülür və gənc rəssamlarda daha böyük maraq kəsb edir.
Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır
Xətai Sənət Mərkəzi qrafika rəsmləri paylaşmaq və bu mövzuda diskusiyalar aparmaq məqsədi ilə “Qrafika 2019” adlı açıq səhifəni də artıq qrafika həvəskarlarının ixtiyarına verib. O cümlədən, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində elan olunmuş “Azərbaycan təsviri sənətində qrafika dünən və bugün” adlı respublika rəsm müsabiqəsinin yekunu “Qrafika 2019” sərgisində təqdim olunan əsərlər, həmçinin sizlərin facebookda paylaşdığınız əsərlər admin tərəfindən paylaşılacaq.
Açığı, Xətai Sənət Mərkəzinin əsas işi hörmətli Zahid Əvəzovun rəhbərliyi altında müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və yeniyetmə, gənc və peşəkar rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq və Azərbaycan qrafikasının təbliği və inkişafına dəstək göstərmək məqsədi daşıyır. Bu cür fəaliyyət prinsipləri həm də birbaşa dövlətçilik işinin inkişafını sürətləndirir.
Başda Zahid müəllim olmaqla Xətai Sənət Mərkəzinin kollektivinə incəsənətimizə göstərdikləri xüsusi xidmətlərinə görə təşəkkür edir, işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Hüseynbala Həsən

Xətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayırXətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayırXətai Sənət Mərkəzi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır
Reytinq: