Bakı Slavyan Universiteti Türkiyənin Avrasiya Universiteti ilə əməkdaşlığa dair saziş imzalayıb25-08-2015, 12:30
Çap et Avrasiya Universitetinin rektoru, professor Aşkın Asanın başçılıq etdiyi nümayəndə heyəti BSU-da olub. Görüşdə BSU-nun yaranma tarixi, fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı barədə məlumatlandırıb. Bildirilib ki, BSU-da slavyanşünaslıq, tərcümə, ölkəşünaslıq, türkologiya və türkiyəşünaslıq, beynəlxalq münasibətlər və başqa sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda, universitetdə Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib. Universitetin xarici ölkələrin bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığı da qonaqların diqqətinə çatdırılıb. Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Avrasiya Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənədin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağı vurğulanıb. Qeyd edək ki, imzalanmış sazişdə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin – konfrans, seminar, simpozium və kollokviumların təşkili, müştərək elmi məcmuələrin hazırlanması və nəşri, tərəflərin elmi-metodik ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
