Prezident İlham Əliyev Türkiyə Prezidentini təbrik edib1-04-2019, 10:07
Çap et Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
