Azərbaycanda elmi tədqiqat mərkəzləri və laboratoriyaların reyestri yaradılacaq3-08-2019, 17:35
Çap et Reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud olan tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir. Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilir. Qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş digər tədqiqat infrastrukturları müraciətləri əsasında Reyestrə daxil edilə bilər. AMEA 15 iş günü müddətində ekspertiza və qiymətləndirmə işlərini həyata keçirir və bu işlərin nəticəsindən asılı olaraq, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilib-edilməməsi barədə müvafiq qərar qəbul edir. Tədqiqat infrastrukturu kateqoriyasına aid edilmiş elmi tədqiqat mərkəzləri və laboratoriyalar Reyestrə daxil edilir. AMEA Reyestrə daxil edilmiş tədqiqat infrastrukturları haqqında məlumatları elektron portalda ümumi istifadə üçün açıq şəkildə yerləşdirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
