QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:01
Çap et Bunu bankın prezidenti Dmitri Pankin deyib. O bildirib ki, Azərbaycanda dördillik strategiya barədə danışıqlar aparılır: “Bizim Azərbaycan hökuməti ilə danışıqlarımız avqust və sentyabr aylarında davam edəcək. Strategiyanın layihəsinin bu ilin sentyabrında QDTİB-in Direktorlar Şurasına təqdim olunması planlaşdırılır. Bundan sonra layihəyə bankın İdarəetmə Şurası tərəfindən razılıq veriləcək. Strategiyanın bu ilin noyabr və ya dekabrında rəsmi təsdiq olunacağı gözlənilir”. Əməkdaşlıq strategiyasının detallarından danışan bank prezidenti bildirib ki, bu, hələlik ümumi layihədir: “Bu günədək biz çox sahələri əhatə etməyə çalışmışıq. Biz maliyyə sektorunda, istehsalatda, eləcə də kənd təsərrüfatı sahəsində işləyirik. Həmçinin, infrastruktur layihələrini də nəzərdən keçiririk. Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində, kənd təsərrüfatı, süd emalında və avadanlıq istehsalının maliyyələşdirilməsi üzrə işləməyi planlaşdırırıq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
