Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır13-11-2019, 08:27
Çap et Bunu Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti xalqımıza xas olan tolerant dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirir: “Təsadüfi deyil ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünyada multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrin sayı azdır. Hətta həmin ölkələr arasında belə bu siyasəti uğurla həyata keçirənlərin sayı daha azdır”. E.Nəcəfov əlavə edib ki, Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə aparan ölkələrdəndir: "Respublikamızda etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik və dini zəmində heç bir qarşıdurmanın olmamasını qeyd etmək olar". PA rəsmisi qeyd edib ki, məhz bu xüsusiyyətlərinə görə müasir dövrdə Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Onun sözlərinə görə, hazırda ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək, onu ölkənin daxili və xarici siyasətinin tərkib hissəsinə, mühüm istiqamətinə çevirib: “Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq, ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına, nəticədə cəmiyyət daxilində inteqrasiya proseslərinin güclənməsinə səbəb olur. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün münbit zəmin yaradır. Yaxud əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətdə aqressivlik göstərməsinə, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına gətirib çıxarır. Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynadığını nəzərə alsaq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkəmizin xarici siyasətinə müsbət təsir göstərdiyini və bunun nəticəsində dövlətimizin beynəlxalq aləmdə böyük uğurlara imza atdığını görərik. Əgər ölkə daxilində multikulturalizm siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliyin, onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, dövlətlərarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün ölkələrlə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə öz töhfəsini verir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
