Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Surəti: Hesablama Palatasının sədri Vüqar Gülməmmədova, Surəti: Heqiqet.az saytına8-05-2015, 15:53
Çap et Möhtərəm cənab Prezident! Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevin qulluq mövqeyindən sui-istifadə edərək dövlət əmlakını talanması və s. vəzifə cinayətləri törətməsi barədə dəfələrlə əlaqədar təşkilatlara müraciət etmişəm. Əli Əliyev bu əməlləri ilə əlaqədar 1998-ci ildə həmin maddə ilə 9 ay həbsdə olmuşdur. Bildirirəm ki, 2014-cü ildə Bərdə neftbazasında 1200 ton dizel yanacağı üçün pul köçürülüb yanacaq götürülməyib, əvəzində nəğd pul alınıb. Həmin 1200 ton yanacaq Kür çayı üzərində olan 3 ədəd işləməyən, yerində olmayan, lilə batmış HAP I/I nasoslarının adına yazılaraq, saxtakarlıq edilərək silinmişdir. Ağcabədi su idarəsinin rəisi Əli Əliyev 1200 ton yanacağın pulunu mənimsəyib və rəhbər təşkilatlara hesabat verir ki, Kür qırağında 4000 ha torpaq sahəsi suvarıb. Tam saxta və yalan məlumatdır. Su idarəsinin hesabatında göstərir ki, 2014-cü ildə 738,1 km, son 6 ildə isə 315 km su arxı lildən təmizlənib. Tam saxta və yalan məlumatdır. Yuxarıda göstərilən su arxının təmizlənməsi üçün ayrılan vəsait xəyanətcəsinə mənimsənilmişdir. Bu barədə 27 noyabr 2014-cü il tarixdə baş prokurara şəxsən məlumat vermişəm. Xahiş edirəm Hesablama Palatasının Ağcabədi Su İdarəsinin son 7 ildə dövlət büdcəsindən oğurladığı, taladığı 5 milyon manatdan artıq vəsaitin yenidən dövlət büdcəsinə qaytarılması üçün tədbir görülsün. Su İdarəsinin rəisi Ə.Əliyev həmfikir olduğu Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovla birləşib, məni həbs etdirib, türmədə öldürtmək üçün çalışırlar. Xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm. Eldar Əli oğlu Əhmədov: Hidrotexnika mühəndisi, yazıçı, Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
