Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert4-08-2021, 10:53
Çap et Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirib ki, nəticə etibarı ilə ordunun bu hazırlığı 2016-cı ilin aprel döyüşlərində Ermənistana işğal faktı ilə barışmayacağımız mesajını verməklə özünü göstərdi: “Bundan doğru dərs çıxara bilməyən Ermənistanın təxribatlara davam etməsi nəticəsində ötən ilin payızında Azərbaycan ordusu başladığı əks-hücum əməliyyatı ilə böyük uğura imza ataraq Vətən müharibəsində möhtəşəm qələbə əldə etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu əməliyyatlar zamanı Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edildi. Bu qələbənin əldə olunması üçün dövlətimiz tərəfindən son illər ərzində müdafiə və təhlükəsizlik xərclərinə böyük vəsaitlər ayrıldı, yerli müdafiə sənayesi yaradıldı, müxtəlif tərəfdaş ölkələrlə hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq quruldu, silahlı qüvvələrimiz ən müasir silah sistemləri ilə təchiz olundu. Bu isə sonda ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti göstərdiyi qəhrəmanlıqlarla özünün qalib döyüşcü obrazını dünya ictimaiyyətinə, o cümlədən rəqiblərimizə də qəbul etdirə bildi”. Ekspert əlavə edib ki, hazırda Azərbaycan ordusunun mənəvi-psixoloji hazırlığı, döyüş qabiliyyəti ən yüksək səviyyədədir və müharibədən sonra da təhlükəsizlik və müdafiə məsələlərinə çox ciddi diqqət yetiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
