» » Vətən müharibəsindəki qələbənin 9 sirri


Vətən müharibəsindəki qələbənin 9 sirri

12-11-2020, 12:55
Çap et
Vətən müharibəsindəki qələbənin 9 sirri Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycanın işğal altında olan Qarabağda 44 gün davam edən hərbi əməliyyatlarda qələbə qazanmağına münasibət bildirib.
Ekspert öz Teleqram-kanalında “Azərbaycan Ermənistanla Dağlıq Qarabağ uğrunda aparılan müharibəni necə qazandı?” sualını 9 bənd üzrə şərh edib:

1. Güclü və iradəli Prezident və Ali Baş Komandan İlham Əliyev.
2. Səmərəli təlimlənmiş, texniki cəhətdən təchiz olunmuş müasir bir ordu.
3. Azərbaycan əsgər və zabitlərinin yüksək əhval-ruhiyyəsi.
4. Müharibənin ədalətli xarakteri işğal olunmuş ərazilərin azad edilməsidir.
5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlığı.
6. Ordu ilə xalqın birliyi.
7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
8. Güclü və çoxşaxəli iqtisadiyyat.
9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi.
Reytinq: