Heqiqet.Az » iqtisadiyyat » "Elşən-Gülşən" mağazasında REYD


"Elşən-Gülşən" mağazasında REYD

21-10-2021, 08:24
Çap et
 "Elşən-Gülşən" mağazasında REYD Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sabirabad rayonu, Qaragüney kəndində yerləşən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən-Gülşən” ərzaq mağazasında yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı mağazada sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş və etiket məlumatları olmayan qida məhsullarının saxlanıldığı aşkar olunub.
Həmçinin mağazada təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Agentlik istehlaka yararsız qida məhsullarının satışının qadağan edilməsi barədə qərar qəbul edib, müəssisə rəhbərliyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüb. Faktla bağlı araşdırmalar davam edir.
Reytinq: