» » Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb


Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb

12-02-2020, 19:21
Çap et
Bakıda qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkarlanıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan bildirilib ki, qurumun əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi 43 ünvanında fiziki şəxş Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexinə reyd keçiriblər. Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.
Yoxalama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb. Baxış zamanı quş əti emalı müəssisəsinin ərazisinə qəbuldan əvvəl, daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, quşların kəsimdən öncəki müayinəsi, karkasların və daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytarlıq-sanitariya nəzarəti baytar həkim tərəfindən aparılmadığı müəyyən olunub. Bundan başqa hazır məhsulların saxlanması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulmuş temperatur və rütubət şərtlərinə əməl olunmadığı müşahidə olunub.
Aşkarlanmış nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA qeyd edir ki, qanunvericiliklə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsim kəsimin həyata keçirilməsi yolverilməzdir.
Reytinq: