Dohada Azərbaycan, Rusiya və İran nazirlərinin iştirakı ilə üçtərəfli görüş olub23-02-2022, 06:06
Çap et Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib. Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Elektrik enerjisi dəhlizinin hər üç ölkə üçün əhəmiyyətli olduğu vurğulanaraq, layihənin texniki-iqtisadi əsaslandırması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin texniki-iqtisadi əsaslandırmasına məsul şirkət “Monenco Iran”, eləcə də hər üç ölkənin energetika nazirlikləri və müvafiq enerji şirkətlərinin iştirakı ilə görüşün keçirilməsi təklif edilib. Energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında ikitərəfli görüş də olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığına, həmçinin “Xudafərin” və Qız Qalası” su elektrik stansiyaları layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
