Heqiqet.Az » iqtisadiyyat » XİN: Bakıda Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək


XİN: Bakıda Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

28-03-2016, 13:53
Çap et
XİN: Bakıda Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub.
Bu barədə Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, hazırda diplomatik kanallar vasitəsilə görüşün keçirilməsi tarixləri müəyyənləşdirilir: "Görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək".
Reytinq: