Xarici şirkətlərə İrandan elektrik enerjisi ixrac etməyə icazə verildi6-10-2015, 18:49
Çap et Ə.Dayimi qeyd edib ki, Almaniya, İtaliya və Cənubi Koreya şirkətləri İranda elektrik stansiyaları tikməkdə maraqlı olduqlarını bildiriblər. O bildirib ki, Koreyanın "LSLC", "Tusan", "Hyundai" və "Eximbank" kimi şirkətləri bu gün Tehranda İran Energetika Nazirliyinin nümayəndələri ilə görüşüb, müzakirələr aparıblar: "Cənubi Koreyanın elektrik stansiyası tikən şirkətlərinə təklif etdik ki, İranda istehsal edəcəkləri elektrik enerjisinin bir qismini qonşu ölkələrə ixrac etsinlər. Hökumət buna icazə verib”. Ə.Dayimi deyib ki, İranda elektrik stansiyası tikən xarici şirkətlərə güzəştlər verilir və bu güzəştlərdən biri də odur ki, onların istehsal etdiyi elektrik enerjisi zəmanətlə onlardan alınacaq. Onun sözlərinə görə, Cənubi Koreya şirkətləri ilə üçüncü ölkələrdə müştərək layihələrin icrası haqqında da razılıq əldə olunub: “İran qonşu ölkələrdə, o cümlədən, Türkmənistan və Tacikistanda müxtəlif layihələr həyata keçirir”. Nazir müavini bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrində İran şirkətləri vasitəsilə 80 layihə icra olunur. “Cənubi Koreya şirkətləri ilə birgə yeni layihələrin icrası hər iki ölkə üçün əlverişlidir. İranda külək və günəş enerjisi sahəsində böyük potensial var və biz Cənubi Koreya şirkətlərinin bu sahədəki texnologiya və biliklərindən istifadə edəcəyik”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
