AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib18-03-2022, 07:35
Çap et Ənənənin davamı olaraq martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Novruz bayramı ilə əlaqədar şəhid ailələri ilə görüşüb. Vətən müharibəsi şəhidləri - SədiMusayev, ElbrusƏhmədov, ArifAbbasov, TuralƏsgərli, RöyaƏləkbərov və Adilİbrahimlinin ailəsinə baş çəkən S.Möhbalıyev Novruz bayramı münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb. AHİK sədri şəhid ailələri ilə söhbət zamanı bildirib ki, qədirbilən xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən, bu yolda canını belə əsirgəməyən qəhrəman oğullarını heç zaman unutmayacaq, onları ehtiramla yad edəcək, əziz xatirələrini qəlbində daim yaşadacaq. Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib. Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
