» » Deputat Arzu Nağıyevin təşəbbüsü ilə Gədəbəy və Tovuzda şəhid ailələri və qazilərlə görüşlər keçirilib


Deputat Arzu Nağıyevin təşəbbüsü ilə Gədəbəy və Tovuzda şəhid ailələri və qazilərlə görüşlər keçirilib

17-02-2021, 09:23
Çap et
Deputat Arzu Nağıyevin təşəbbüsü ilə Gədəbəy və Tovuzda şəhid ailələri və qazilərlə görüşlər keçirilib Milli Məclisin deputatı Arzu Nağıyevin təşəbbüsü ilə "Əsgərə xatirə kitabı" layihəsi komandası və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları​ ilə birlikdə 104​ saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə bir sıra kəndlərdə şəhid ailələri və qazilərlə görüşlər keçirilib.
Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyev, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə daim yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini də müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.​
Bu qəbildən olan ailələrə baş çəkmək, onlarla müəyyən vaxt keçirib həmrəylik nümayiş etdirmək, bu insanlara hüquqi, psixoloji və ən əsası isə mənəvi dəstək​ olmaq hər birimizin borcudur. Şəhid ailələrinə, qazilərə göstərdikləri maddi, mənəvi dəstəyə, onlarla həmrəylik nümayiş etdirdiklərinə görə ​ "Əsgərə xatirə kitabı"nın layihə rəhbəri Nuranə xanıma, icraçı direktor Məltəm xanıma öz təşəkkürümüzü bildiririk.
Reytinq: