Azərbaycan Qran Prisi üçün tikinti-quraşdırma işlərinə start verilib15-04-2022, 11:28
Çap et Formula 1 Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə 15 aprel gecə saatlarından etibarən start verir.Bunu Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov deyib. "Yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçiriləcək. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayır və bütün yarış trekini əhatə edəcək. Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılır. Həmçinin, Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq, vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir", - deyə T.Teymurov əlavə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Formula 1 Azərbaycan Qran Prisi artıq 6-cı dəfədir ki, keçirilir. Yarış 10-12 iyun tarixlərində baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə 15 aprel gecə saatlarından etibarən start verir.