Qanunsuz ağac kəsən Şirvan sakininin məhkəməsi olacaq6-05-2022, 07:00
Çap et Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla Şirvan şəhər sakini Zahid Babayevin müvafiq icazə almadan tamah məqsədilə qeyd edilən ərazidə olan, meşə fonduna daxil olmayan 3 ədəd ağacı qanunsuz kəsməsi nəticəsində təbiətə ümumilikdə 2900 manat məbləğində maddi ziyan dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Zahid Babayev Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
20:46
Damət Salmanoğlu11:29
Damət Salmanoğlu14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
