» » Yasamalda ağacların kəsilməsi faktını artıq polis araşdırır


Yasamalda ağacların kəsilməsi faktını artıq polis araşdırır

10-08-2017, 20:31
Çap et
Yasamalda ağacların kəsilməsi faktını artıq polis araşdırır Bakıda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının kəsilməsi faktı araşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən dərhal araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.
Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.
Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.
Analoji hadisə Xaçmaz rayon Əhmədoba kəndində əd baş verib.
Xaçmaz sakini ağac kəsməyə görə cərimə olunub. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin “Qaynar Xətt”inə Xaçmaz rayon sakini Telman Quliyev tərəfindən Əhmədoba kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı 28-32 sm diametrliyində yaşköküstə 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsildiyi aşkar edilib.
Araşdırma zamanı, ağacların Xaçmaz rayonu Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı E.Həmzəliyev barəsində protokol tərtib edilib və o inzibati qaydada 1550 manat məbləğində cərimə olunub.
Reytinq: