Heqiqet.Az » sosial » Müzəffər Ordumuzun yaranma günü


Müzəffər Ordumuzun yaranma günü

26-06-2022, 10:05
Çap et
Müzəffər Ordumuzun yaranma günü Həcər Hüseynova-Ümani
ADRU-nun filologiya üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü, yasıçı-publisist, “Zəfər”, “Nizami Gəncəvi -880”, “Azərbaycan xanımı” media mükafatları laureatı


24 iyun 1993-cü ildə Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsinə dair qərar qəbul etdi. Onun Prezident səlahiyyətlərinin icrasına başlaması xalqın ümidinin doğrulmasının, gerçəkliyə çevrilməsinin başlanğıcı oldu. 15 iyunda Ali Sovetin sədri seçilərkən parlamentin iclasında etdiyi tarixi çıxışında Heydər Əliyev bəyan etdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır və Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Prezident səlahiyyətlərinin icrasına başladığı gündən Heydər Əliyev bəyan etdiyi həmin amallar uğrunda və xalqın ondan umduğu qurtuluş missiyasını yerinə yetirmək yolunda qətiyyətlə və yorulmadan fəaliyyətə başladı.Müzəffər Ordumuzun yaranma günü
Həmin dövrdə ölkədə fəaliyyət göstərən müxtəlif qruplara və şəxslərə bağlı silahlı dəstələrin mövcudluğu bu problemi daha da kəskinləşdirirdi. Belə bir şəraitdə ordu quruculuğu istiqamətində Heydər Əliyev ilk növbədə vahid komandanlığın qurulmasına və ordunun vahid komandanlıq əsasında təşkilinə diqqət ayırdı. Bu, asan proses deyildi. Bir neçə silahlı dövlət çevrilişi cəhdlərinin baş verməsi bu işin mürəkkəbliyindən xəbər verirdi. Amma ulu öndər Heydər Əliyev imkan və resurslardan maksimum səmərəli istifadə edərək qısa müddətdə bu istiqamətdə ciddi irəliləyişə nail oldu. Bu gün böyük fərəhlə həmin günü qeyd edirik.Müzəffər Ordumuzun yaranma günü
Azərbaycanda Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş Azərbaycan Ordusunun yaranmasından 104 il keçir. 1918-ci ildə Ordumuzun başlıca vəzifəsi ölkəmizin ərazi bütövlüyünü təmin etmək, torpaqlarımızı erməni işğalçılarından təmizləmək idi. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.
Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu. 1920-ci ilin yanvarında AXC hökuməti Milli Ordunun yaradılması prosesi demək olar ki, başa çatdırıb. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Elə həmin il bolişeviklər Azərbaycanı işğal edəndən sonra milli zabitlərimizi də repressiyaya məruz qoydu, fiziki cəhətdən onları aradan götürdü. Uzun illər Kreml Azərbaycanda ordu quruculuğuna önəm vermədi.
1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıldı. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına mane olan SSRİ rəhbərliyi türk ölkəsində belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışırdılar. Amma Azərbaycan rəhbərliyinin-Heydər Əliyevin diplomatiyası bu cəhdlərin qarşısını ala bildi. Nəticədə sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, zabit kadrların hazırlanmasına səbəb oldu.
1991-ci ilin sonularında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. 1991-ci il oktyabrın 9-da keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Lakin müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi. Müzəffər Ordumuzun yaranma günü
1993-cü ildən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə sturuktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı, vahid komandanlığa tabeçilik bərpa edildi, ordu siyasətdən uzaqlaşdırıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbacan hərbi münaqişəsində atəşkəs haqda müqailə imzalandı.
Bundan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətləndi. Hədəf yenə də eyni idi. Erməni işğalçılarını Azərbaycan torpaqlarından çıxarmaq, sərhədlərimizin təhlükəsizliyini təmin etmək. Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük müharibə zamanı işğalçılara elə bir zərbə vurdu ki, onların bir daha bizə qarşı ərazi iddialarının baş qaldıra biləcəkləri inandırıcı görünmür.
10 noyabr 2020-ci ildə Azərbaycan Ordusu yarandığı gündən bəri ilk dəfə olaraq parlaq qələbə qazandı. Son 104 il ərzində itirdiyimiz torpaqların vacib bir hissəsini işğaldan azad etdik və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik.
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir. İndi Quru Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrindən ibarət döyüş qabiliyyətli Milli Ordumuz var. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Ordusunun dünya üzrə reytinqi xeyli yüksələrək ön sıralarda yer aldı. Eyni zamanda Vətən Müharibəsi Xalq-Ordu birliyinin necə olduğununu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, ən müasir silahlarla təchiz edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə yeni salınan hərbi hissələr, formalaşdırılan komando birliklər, xüsusi təyinatlı dəstələr hər zaman baş qaldıra biləcək təhdidlərə, təhlükələrə qarşı tam hazır vəziyyətdədirlər. Xalq öz övladlarını müharibəyə böyük həvəslə yola salır, ön cəbhəyə hər cür yardım göstərirdi. Ölkə rəhbərliyinin siyasi iradəsi, uzaqgörənliyi, peşəkar ordu quruculuğu və xalqın vahid yumruq kimi birləşməsi tarixi Zəfər gününü reallaşdırdı.
Əsgər və zabitlərimizi şərəfli bayramları münasibətilə, təbrik edir, onlara vətənimizin müdafiasində daha da möhkəm, ayıq-sayıq dayanmağı arzulayıram.
Reytinq: