» » Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir


Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir

26-06-2022, 15:24
Çap et
Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olunmuşdur. Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə, Çar Rusiyası dövründə “Vəhşi Diviziya” adlanan süvari alayının əsgərlərindən ibarət 5 min nəfərlik korpus formalaşdırılmışdır.
1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycan dövlət müstəqilliyini itirmiş və milli ordu ləğv olunmuşdur.
1991-ci ildə Azərbaycan müstəqililiyini bərpa etdikdən sonra, Ali Sovet tərəfindən, Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edilmişdir.
1998-ci il, may ayının 22-də Prezident Heydər Əliyev, 26 iyunu - Silahlı Qüvvələr Günü kimi qeyd olunması barədə fərman imzalamışdır.
Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir. Artıq döyüş meydanlarında özünü təsdiq etmiş, güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir xalq üçün qürur mənbəyidir. Azərbaycan xalqının bəxti gətirmişdir. 44 günlük müharibədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, mürəkkəb coğrafi və geosiyasi şərtlər daxilində, Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi. Torpaqlar 30 illik işğaldan azad olundu. Azərbaycan dövlətinin, Ordusunun beynəlxalq nüfuzu dəfələrlə artdı. Xalqın sınmış qüruru bərpa olundu.
Silahlı Qüvvələr Günü, ölkəmizdə ümumxalq bayramı statusunu qazanmışdır. Ordumuzun hər bir üzvü, cəmiyyətin ən hörmətli nümayəndələri olaraq qəbul edilir. Orduya dövlət tərəfindən hər tərəfli qayğı göstərilir, günü-gündən daha da təkmilləşir, müasirləşir, döyüş qabiliyyətini artırır. Hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizlə fəxr edir.
Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır".
Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar.
II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir.
Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, şəxsi heyətin hər bir üzvünü təbrik edirəm. Möhkəm can sağlığı, əmin-amanlıq, rifah arzulayıram.
Bayramınız mübarək, əziz hərbiçilər!
Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir
Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.
Reytinq: