Heqiqet.Az » siyaset » Mehriban xanımın bütün fəaliyyəti Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirilir


Mehriban xanımın bütün fəaliyyəti Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirilir

24-08-2022, 15:40
Çap et
Mehriban xanımın bütün fəaliyyəti Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirilir Mehriban xanım Əliyeva həm Milli Məclisin deputatı, həm də respublikamızın Birinci vitse-prezidenti kimi fəaliyyəti dövründə cəmiyyətimizdə son dərəcə həssas, problemli məsələlərin həlli, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti, ailə, qaçqın və məcburi köçkünlərin sosial təminat problemləri kimi mühüm əhəmiyyət kəsb edən sosial məsələlərlə məşğul olmuşdur. Ötən dövr ərzində ölkəmizdəbu sahələrdə müstəsna uğurlar və nəticələr əldə edilmişdir. Bu barədə yüzlərlə misallar göstərmək olar.
Mehriban xanım cəmiyyətimizdə daima mərhəmət, insanpərvərlik, qayğı kimi hisslərin təbliğatçısı olmuşdur.2007, 2009, 2013, 2016-cı illərdə dəfələrlə məhz Onun təşəbbüsü ilə Milli Məclisdə 10 minlərlə məhbusa şamil olunan genişmiqyaslı amnistiya aktları qəbul olunmuş, bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilmişdir.
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Mehriban xanım Əliyeva daim xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Mehriban xanımolan yerdə haqq-ədalət, mərhəmət, humanizm, həssaslıq, insanlara diqqət, qayğı və digər bu kimi yüksək dəyərlər bərqərar olunur və milli-mənəvi dəyərlərə, adət və ənənələrimizə, müstəqilliyimizə, dövlətçiliyimizə sədaqət nümunəsi göstərilir.
Təbii ki, Mehriban xanımın bütün bu genişmiqyaslı milli və ümumbəşəri fəaliyyəti Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirir və dünya səviyyəsində təqdir edilir. Azərbaycanın birinci xanımı bir çox beynəlxalq mükafatlara layiq görülüb. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı.
Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.
Xüsusi olaraq vurğulanmalıdır ki, Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllinə diqqət göstərib və ümumiyyətlə, cəmiyyətin diqqətini bu məsələlərə cəlb edib. Eyni zamanda, erməni işğalçıları ilə döyüşlərdə yaralanmış və əlil olmuş hərbiçilərimizə və mülki şəxslərə maddi-mənəvi dəstək, onların müalicəsi və sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə olunub və bugün də bu işlər davam etməkdədir.
Bu gün Mehriban xanımın doğum günüdür. Bu münasibətlə onu ürəkdən təbrik edir, nəcib və şərəfli işində uğurlar, can sağlığı və uzun ömür arzulayıram.

Mehriban xanımın bütün fəaliyyəti Azərbaycan vətəndaşları və bütövlükdə dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirilir Həcər Nəsirova,
İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyinin direktoru
Reytinq: