Mehriban xanım Əliyeva ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir24-08-2022, 15:27
Çap et Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə onun rəhbərlik etdiyi Azərbaycanın böyük humanitar və xeyriyyəçilik təşkilatı olan Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək lazımdır. Təbii ki, bu Fondun əsas məqsədləri görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, eləcə də Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etməkdir. Əminliklə deyə bilərik ki, Heydər Əliyev Fondu fəaliyyəti müddətində bu vəzifələrin öhdəsindən layiqincə gəlmiş və Mehribanın xanımın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə gözəl işlərə imza atmışdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi bir çox önəmli layihə və proqramlara start verilmiş, Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması və Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görülmüşdür. Uğurla həyata keçirilmiş bu layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox yeni məktəb tikilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmişdir. Mehriban xanım Əliyeva ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Azərbaycan xalqının milli sərvəti olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin, milli mətbəxtimizin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Xalqımız haqlı olaraq Prezidentmiz, Ali Baş Komandanımız İlham Əliyevlə və ölkə başçısının ən yaxın və etibarlı silahdaşı, qayğıkeş ana, xeyriyyəçi, yüksək idarəçilik mədəniyyətinə malik rəhbər və cəmiyyətimizdə xüsusi yanaşma tələb edən ən həssas məsələləri yüksək diqqət və qayğı ilə həll edən dövlət xadimi kimi böyük məhəbbət və rəğbət qazanan Birinci vitse-prezident Mehriban xanımla, güclü, müstəqil, məğrur və qüdrətli Azərbaycan dövlətimizlə fəxr edir. Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, şərəfli və məsuliyyətli işində daha böyük uğurlar arzu edirəm. Əminəm ki, Mehriban xanımın çoxşaxəli və genişmiqyaslı fəaliyyəti bundan sonra da Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqımızın rifahının yüksəldilməsinə misilsiz töhfələr verəcəkdir. Natəvan Hacıyeva, Azrbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
