Heqiqet.Az » siyaset » Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi

14-06-2019, 11:39
Çap et
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahədə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir.
Bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan hələ bir əsr öncə qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub: “Hazırda bütün türkdilli ölkələrdə qadınların cəmiyyət və dövlət həyatında rolu müşahidə olunmaqdadır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb”. A. Mamayusupov vurğulayıb ki, son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. O bildirib ki, bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.
Reytinq: