» » Mehriban xanım Əliyeva qayğı və himayədarlıq nümunəsidir


Mehriban xanım Əliyeva qayğı və himayədarlıq nümunəsidir

26-08-2022, 12:53
Çap et
Mehriban xanım Əliyeva qayğı və himayədarlıq nümunəsidirMehriban xanımın xeyirxah əməlləri, səhiyyəmizin, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.
Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.
Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür.
Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, keçmiş məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır. Qazilərin sağlamlıqlarına qovuşması, onların müalicəsi üçün bütün işlər görülür və şəxsən Mehriban xanımın diqqət mərkəzindədir.
2020-ci il bütün dünyada COVID-19 pandemiya dövrü Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizin bu bəladan az itki ilə qurtarmağa imkan verdi. “Vətənimizə, bizim ümumi evimizə bəla gəlib”, - deyə xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi. Ölkənin, dövlətin çətin anlarından uğurla çıxmağımız üçün qarşılıqlı dəstək vacib rol oynayır. Mənəvi və maddi dəstəyin bir-birini tamamlaması mühüm güc mənbəyidir.
Mehriban xanım bir vətəndaş, ana- bacı, bir dost kimi xalqımıza çağırışı, istər ölkə daxilinidə, isətrsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik yaradır. Bu müraciətlərin sonu hər zaman heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitir. Bu insanlarda ruh yüksəkliyi yaradır və ona olan hörməti, inamı daha da artırır.
Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə möhtəşəm zəfər tarixi yazdı. "Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”. 44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğlanacaqdır”. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.
Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənimizin və xalqımızın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkəmizin inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür., arzusudur. Biz bu yolda ona uzun ömür, can sağlığı və böyük uğurlar arzulayırıq.
Ad gününüz mübarək, Mehriban xanım. Tanrı yardımçınız olsun!
Mehriban xanım Əliyeva qayğı və himayədarlıq nümunəsidir

Sücəddin Əbdülov
"Tərəqqi" medallı, Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona Uşaq Reanimasiya şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq
Reytinq: