Yapon şirkəti ilə Azərbaycanda “yaşıl hidrogen” istehsalı müzakirə edilib4-09-2022, 19:06
Çap et Nazirlikdən verilən məlumata görə, Azərbaycanda “yaşıl hidrogen” istehsalı perspektivlərindən bəhs edilərək qeyd olunub ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinə əsasən, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi əsas hədəflərdəndir. Bildirilib ki, sənədə əsasən hidrogen istehsalı, ondan istifadə potensialının öyrənilməsi, bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması nəzərdə tutulur. Şirkət nümayəndələri tərəfindən nəqliyyat sektorunun karbonsuzlaşdırılması mövzusunda təqdimat nümayiş etdirilib. Külək, günəş və xüsusilə yaşıl hidrogen kimi bərpa olunan enerji növlərinin son illər şirkətin əsas biznes istiqamətlərindən olduğu vurğulanıb. Görüşdə Energetika Nazirliyi və tabeli qurumların nümayəndələri iştirak edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
