MDU-nun tərəfdaşlığı ilə Ağdamda “Heydər Əliyev İli” çərçivəsində elmi-praktiki konfrans keçirilib8-06-2023, 08:32
Çap et Konfransın açılış nitqində iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və MDU-nun rektoru Şahin Bayramov Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək konfransın işinə uğurlar arzulayıblar. Ulu Öndərin zəngin irsinin öyrənilməsinin vacibliyi vurğulanıb, Ümummilli Liderin çoxşaxəli irsinin gənc nəsil və geniş ictimaiyyət arasında təbliğinin əhəmiyyəti diqqətə çatdırılıb. Açılış nitqlərindən sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun əməkdaşlarından Mirzə Cavadov “Heydər Əliyev – Milli Xilaskar, Milli Lider”, Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında məruzə ilə çıxış edib. Təqdim olunan məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, MDU və Ağdam Rayon İcra Hakimiyyəti arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər mühüm yer tutur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
